سید طالع باکویی – کربلا قبله ای عشقیمدیر منیم
دانلود مداحی جدید سید طالع باکویی به نام کربلا قبله ای عشقیمدیر منیم
Seyyid Taleh – Kərbəla Qibləyi Eşqimdir Mənim

Kərbəla qibləyi eşqimdir mənim
کربلا قبله ای عشقیمدیر منیم
Ürəyim dəftəri məşqimdir mənim
اورییم دفتری مشقیمدیر منیم
Yazaram ruhuma reyhandır ağam
یازارام روحوما ریحاندیر آغام
Aləmin dərdinə dərmandır ağam
علمین دردینه درماندیر آغام
Bu Hüseyn zikri, şərafətdir mənə
بو حسین ذکری شرافتدیر منه
Süd verəndə anam öyrətdi mənə
سود ورنده آنام اویرتی منه
Bu qara köynəyim izzətdir mənə
بو قارا کوینییم عزتدیر منه
Mən gədayəm mənə sultandı ağam
من گدایام منه سلطاندی آغام
Aləmin dərdinə dərmandır ağam
عالمین دردینه درماندیر آغام
Demərəm məqsədimə yetməmişəm
دمرم مقصدیمه یئتممیشم
Vacibat əmrini tərk etməmişəm
واجبات امیرینی ترک اتممیشم
Mən ki, ayrı qapıya getməmişəm
Can fəda eşqinə canandır ağam
من کی آیری قاپیا گتممیشم
Aləmin dərdinə dərmandır ağam
عالمین دردینه درماندیر آغام
Gözümə çəkmə behiştin bağını
گوزومه چکمه بهشتین باغینی
Min bağa verməm onun dırnağını
مین باغا ورمم اونون درناغینی
Öpərəm Kərbubəla torpağını
اوپرم کربوبلا توپراغینی
Deyərəm şahi-şəhidandır ağam
دیمرم شاهی شهیداندیر آغام
Aləmin dərdinə dərmandı ağam
عالمین دردینه درماندی آغام
Qoy əzadarə gülə ali Yəzid
قوی عزاداره گوله آل یزید
Kəmərindən vurar Abbasi rəşid
کمرینن وورار عباسی رشید
Ağamın kəsdi başın Şimri pəlid
آغامین کسدی باشین شیمری پلید
Demədi höccəti Rəhmandır ağam
دمدی حجتی رحماندیر آغام
Aləmin dərdinə dərmandı ağam
عالمین دردینه درماندی آغام
Ağamın başı çıxıb neyzələrə
آغامین باشی چیخیب نئیزلره
Ərməğan getdi haramzadələrə
ارمغان گتدی حارامزادلره
Başkəsənlər tökülüb xeymələrə
باش کسنلر توکولوب خیملره
Zeynəbin xeyməsitək yandı ağa
زینبین خیمسی تک یاندی آغا
Aləmin dərdinə dərmandır ağa
عالمین دردینه درماندیر آغا
نظرات کاربران ( 1 نظر )
Zahra [ 1 سال پیش ] 🩷🩷